Olimpiya çələngi” mükafatı sahibini tapdı

İdman

01.03.2025 15:38

2915

Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı ilə təltif olunub.   

TodayPress xəbər verir ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb. 

Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim olunub.   

Namiq HUN

tag: MOK,Ağacan Abiyev,Baş Katib,Baş Assambleya,Todaypress.az,