“Olimpik Lion” heyətdə rotasiya edə bilər
İdman
26.11.2024 17:00
“Olimpik Lion” klubu UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirəcəyi oyunda aparıcı futbolçularına istirahət verə bilər.
TodayPress Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Pyer Saqenin Liqa matçında daha az oynayan oyunçulara şans verəcəyi gözlənilir.
Hücumçu Aleksandr Lyakazett, yarımmüdafiəçi Nemanya Matiç və müdafiəçi Abner Vinisius qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyə bilərlər.
Əvəzində cari mövsüm meydanda az vaxt keçirən Vilfred Zaha, Maksans Kakere və Jordan Veretunun oyuna start heyətində başlamaq ehtimalı var.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Olimpik Lion” matçı noyabrın 28-də saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Fransa, UEFA, Liqa, Avropa, Qarabağ, todaypress.az,