“Olimpik Lion” Fofananın satışından faydalanmaq istəyir

İdman

26.11.2024 18:08

“Olimpik Lion” klubunun futbolçusu Malik Fofana karyerasını İngiltərədə davam etdirə bilər.

TodayPress xəbər verir ki, belçikalı hücumçunu “Liverpul” heyətinə qatmaq istəyir. 

Fransa təmsilçisi də 19 yaşlı futbolçunu satmağa hazırdır. Maliyyə çətinlikləri olan “Olimpik Lion” transferdən faydalanmaq niyyətindədir. 

Qışda “Gent”dən 22 milyon avroya transfer olunan Fofananın klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Namiq HUN

tag: Olimpik Lion, Malik Fofana, İngiltərə, Karyera, Belçika, todaypress.az,