“Olimpiakos” Yazıcını rənglərinə qatdı
İdman
27.09.2024 11:44
Futbol üzrə Türkiyə yığma komandasının üzvü Yusuf Yazıcı özünə yeni klub tapıb.
TodayPress xəbər verir ki, azad agent statusu daşıyan yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
Bu barədə “Spor Arena” məlumat yayıb. Yazıcı Pirey təmsilçisi “Olimpiakos”la anlaşıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu "Lill" olub. Yusuf Yazıcı Fransa təmsilçisi ilə meydana çıxdığı 135 matçda 29 qol vurub və 15 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Lill ,Fransa ,Yusuf Yazıcı ,Türkiyə ,Yunanıstan ,todaypress.az,