“Olimpiakos” Villianı transfer etdi

İdman

03.09.2024 09:08

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu Villianı heyətinə qatıb. 

TodayPress xəbər verir ki, “Çelsi”nin sabiq yarımmüdafiəçisi  yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

36 yaşlı braziliyalı futbolçu İngiltərədə "Çelsi" ilə yanaşı, "Arsenal" və "Fulhem" kimi klubların da şərəfini qoruyub.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.

Namiq HUN

tag: Qarabağ, UEFA ,Liqa, Villian, Çelsi, Arsenal, Fulhem, todaypress.az,