"Olimpiakos" daha bir məşhur futbolçunu transfer etdi

İdman

04.09.2024 12:28

1137

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu heyətini gücləndirməkdə davam edir.

TodayPress xəbər verir ki, Afina təmsilçisi Türkiyənin "Qalatasaray" klubundan Serjiu Oliveyranı transfer edir.

Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

"Olimpiakos" daha əvvəl İngiltərənin "Çelsi", "Arsenal" və "Fulhem" klublarının formasını geyinən Villianı heyətinə qatıb.

Qeyd edək ki, "Qarabağ" klubu Pirey təmsilçisi ilə 2025-ci il yanvarın 30-da səfərdə qarşılaşacaq. 

Namiq HUN

tag: UEFA, Qarabağ, Arsenal, Çelsi ,Fulhem, todaypress.az,