Olimpiadaya ilk lisenziya yarışı Azərbaycanda keçiriləcək
İdman
14.10.2024 13:22
Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatını qəbul edəcək.
TodayPress xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.
Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.
Qeyd edək ki, daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda təşkil edilib.
Namiq HUN
tag: Azərbaycan ,Cüdo ,Los-Anceles ,Yay Olimpiya Oyunları ,Bakı ,todaypress.az,