Olimpiadaya iki ay qalmış Sena çayına 50 milyon litr çirkab su axıdılıb
İdman
01.06.2024 23:17
Nasosların nasazlığı iki aydan sonra Paris-2024l Yay Olimpiya Oyunlarının bir hissəsinə ev sahibliyi edəcək Sena çayına 50 milyon litr çirkab suyun axmasına səbəb olub.
TodayPress xəbər verir ki, insident Parisin qərbindəki İvelin departamentində baş verib. Son həftələrdə nasos sisteminin nasazlığı Sena çayına 50 min kubmetr tullantı suyun axıdılmasına səbəb olub.
Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları başlamazdan əvvəl Sena çayında üzməyə hazır olduğunu bildirmişdi. O, bu açıqlamanı çayda suyun keyfiyyətinin hələ də üzgüçülük üçün tövsiyə olunan standartlara cavab vermədiyini aşkar edən ekoloqların xəbərdarlığından sonra verib.
Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Namiq HUN
tag: Yay Olimpiya Oyunları ,Paris,Tomas Bax,Sena Çayı,todaypress.az,