Olimpiadanın açılışının təşkilatçıları ÜZR İSTƏDİLƏR
İdman
28.07.2024 15:40
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasiminin təşkilatçıları tədbirdəki bəzi məqamlarına görə üzr istəyiblər.
TodayPress xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb.
“Heç bir dini qrupa qarşı hörmətsizlik etmək niyyəti yox idi. Biz birliyi və tolerantlığı qeyd etmək istəyirdik. Sorğunun nəticələrini nəzərə alaraq, bu məqsədə nail olunduğumuza inanırıq. Əgər insanlar nədənsə inciyiblərsə, o zaman biz, əlbəttə ki, üzr istəyirik” deyə Paris 2024 Oyunlarının ictimaiyyətlə əlaqələr üzrə direktoru Ann Deşam mətbuat konfransında deyib.
Qeyd edək ki, Olimpiadanın açılışı ciddi tənqid olunub. Xüsusən də, mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.
Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.
Günəş Mərd
tag: Paris2024,Fransa,olimpiada,açılış,üzr,etiraz,