Olimpiadanın açılışı iki stadionda olacaq

İdman

09.05.2025 14:00

13

Los-Anceles Yay Olimpiya Oyunlarının açılış mərasiminin iki stadionda keçiriləcəyi ilk şəhər olacaq.

TodayPress xəbər verir ki, təşkilatçılar tədbirin 2028-ci il iyulun 14-də “Los Angeles Memorial Coliseum” və “SoFi” stadionunda baş tutacağını təsdiqləyiblər.

1932 və 1984-cü il Olimpiadalarında da istifadə edilən “Kolizey”də həmçinin iyulun 30-da bağlanış mərasimi baş tutacaq. Nəticədə arena üç Olimpiya Oyunlarında tədbirlərin keçirildiyi ilk məkan kimi tarixə düşəcək.

Paralimpiya Oyunlarının açılış mərasimi isə avqustun 15-də Amerika futbolu üzrə "Los Angeles Rams" və "Los Angeles Chargers" komandalarına ev sahibliyi edən "SoFi" stadionunda, bağlanışı isə avqustun 27-də "Kolizey"də olacaq.

Amerika futbolu üzrə tələbələr komandası "USC Trojans"ın məşqlərini keçirdiyi "Kolizey"də Olimpiadanın ilk həftəsində atletika yarışları olacaq.

Oyunların ikinci həftəsində "SoFi" stadionunda idmanın üzgüçülük növündə qalib və mükafatçıların adlarına aydınlıq gətiriləcək.

Qeyd edək ki, Olimpiya Oyunlarında olmayan bir sıra idman növləri, o cümlədən kriket, lakross və skvoş Los-Anceles 2028-in proqramına daxil edilib. Multi idman oyunlarında bayraq futbolu debüt edəcək.

Namiq HUN

tag: Olimpiada,Stadion,Sofi,Kolizey,todaypress.az,