Olimpiadanın açılış mərasiminin videoları silindi
İdman
28.07.2024 13:04
Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin videosu Olimpiya Oyunlarının rəsmi “YouTube” hesabından silinib.
TodayPress xəbər verir ki, bu barədə “Dail Mail” məlumat yayıb.
Sosial media istifadəçiləri təşkilatın “YouTube” kanalından açılış mərasiminin ekran görüntüsünü paylaşıblar, orada “bu video mövcud deyil” başlığı ilə boş ekran göstərilib.
Nə Olimpiya Oyunları (IOC), nə də Paris Oyunları (Fransa təşkilatçıları) bu addımın səbəbini açıqlayıblar.
Günəş Mərd
tag: Olimpiada, todaypress.az,Paris2024,açılış,youtube,video,kanal,