Olimpiadadan sonra cüdoçuların ilk reytinqi açıqlandı - Azərbaycan liderdir

İdman

05.08.2024 13:25

Paris Olimpiadasından sonra cüdoçuların ilk reytinq siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (İJF) dərc etdiyi dünya reytinqində aparıcı cüdoçularımız liderlik mövqelərini möhkəmləndiriblər. 

Multiidman oyunlarına qədər birinci olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) rəqibləri ilə fərqi daha da artırıblar.

Paris Olimpiadasında təsəlliverici yarışda mübarizəni dayandıran Uşanqi Kokauri (+100 kq) dörd pillə irəliləyərək 13-cü yerə yüksəlib.  

Olimpiada ilə erkən vidalaşan cüdoçularımızdan Balabəy Ağayev (60 kq) 7-ci yerdə qalıb. 

Yaşar Nəcəfov (66 kq) 10 pillə geriləyərək 21-ci yerə enib. 

İki pillə geriləyən Zelim Tskayev (81 kq) 8-cidir. 

Elcan Hacıyev (90 kq) iki pillə yüksələrək ilk “15-liy”ə düşüb.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) mövqeyini 2 pillə yaxşılaşdıraraq 20-ci yerə yüksəlib. 

Gültac Məmmədəliyeva isə (52 kq) 4 pillə geriləməklə 27-ci yeri tutur.

Namiq HUN

tag: Olimpiada, Yaşar Nəcəfov, Balabəy Ağayev,Cüdo, todaypress.az,