Olimpiadada ilk medallar sahibini tapdı
Paris Olimpiadasının ilk mükafatçıları bəlli olub.
TodayPress xəbər verir ki, birinci Olimpiya çempionu güllə atıcılığında müəyyənləşib.
Qarışıq komandaların pnevmatik tüfəngdən atəşaçma yarışında həlledici dueldə Lihao Şenq/Yutinq Huanq (Çin) və Jihyeon Keum/Hajun Park (Cənubi Koreya) cütləri qarşılaşıb. 16:12 hesabı ilə qalib gələn Çin komandası XXXIII Yay Olimpiya Oyunlarının ilk çempionu olub.
Bürünc medalı Maksimilian Ulbrix/Anna Yansen (Almaniya) cütünə 17:5 hesabı ilə qalib gələn Aleksandra Le/İslam Satpayev (Qazaxıstan) komandası sahib çıxıb.
Namiq HUN
tag: Olimpiada, Paris, Bürünc Medal, Anna Yansen, Maksimilian, Çin, todaypress.az,