Olimpiadada biabırçılıqlar davam edir

İdman

29.07.2024 10:54

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.

TodayPress xəbər verir ki, kişi basketbolçulardan ibarət Cənubi Sudan və Puerto-Riko yığmalarının matçı qalmaqalla başlayıb. Görüşdən öncə Afrika təmsilçisinin himni əvəzinə başqa melodiya səsləndirilib.

Bir müddət keçdikdən sonra Təşkilat Komitəsi səhvini düzəldib. Amma azarkeşlər baş verənlərə sərt narazılıq ediblər.

Olimpiadanın Təşkilat Komitəsi yenə səhvinə münasibət bildirib. Qurumun kommunikasiyalar üzrə direktoru Enn Deskam üzr istəyib: 

“Əgər belə olubsa, biz üzr istəyirik” Deskam deyib.

Qeyd edək ki, matç sudanlı basketbolçuların 90:79 hesablı qələbəsi ilə başa çatıb. 

Namiq HUN

tag: Olimpiada, Cənubi Sudan, Puerto-Riko, Paris, Enn Deskam, todaypress.az,