Olimpiada Fransaya baha başa gələcək
İdman
03.08.2024 18:15
2024-cü il Olimpiya Oyunları Fransaya 11 milyard avroya başa gələcək.
TodayPress, “Kommersant” a istinadən xəbər verir ki, bunu Oksford Universitetinin Biznes Məktəbinin iqtisadçıları bildiriblər.
Fransa hakimiyyəti Olimpiya Oyunlarına 6,2 milyard avro xərcləməyi planlaşdırsa da, Sena çayının təmizlənməsi və açılış mərasiminin təmin edilməsi təşkilatçıların xərclərini artırıb.
Eyni zamanda aşağı səviyyədə təşkilatçılıq sonradan əlavə, nəzərdə tutulmayan pulların xərclənməsinə səbəb olub.
Qeyd edək ki, əksər iştirakçılar Parisdəki Olimpiya kəndindəki infrastrukturu, kondisionerlərin olmaması və qidaların keyfiyyətsizliyini tənqid ediblər.
Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Günəş Mərd
tag: Paris, Fransa, Xərclər, Təşkilatçılıq, todaypress.az,