Olimpiada başa çatsa da, qalmaqal davam edir
İdman
12.08.2024 12:15
Paris Olimpiadasının medal siyahısında dəyişiklik ola bilər.
TodayPress xəbər verir ki, Olimpiadanı 4-cü başa vuran ağırlıqqaldıran Marin Robu (89 kq) bürünc medalı almağa iddialıdır. Bununla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunub.
Moldovanın ağırlıqqaldırma federasiyası və olimpiya komitəsi 3-cü olan italiyalı Antonino Pizzolatonun nəticəsinin düzgün qeydə alınmadığını iddia edir. Atletin 212 kq çəkini qaldırdığı son cəhdinin qaydalar çərçivəsində olmadığı bildirilir. Moldova tərəfi bürünc medalın italiyalı atletdən alınıb Robuya verilməsini istəyir.
Qeyd edək ki, 89 kq çəki dərəcəsində Karlos May Nasar (Bolqarıstan) dünya çempionu olub 404 kq (180+224).
İlk üçlüyü İtaliya atleti Antonino Pizzolato 384 kq (172+212) nəticə ilə tamamlayıb. Moldovalı Robu 383 kq (175+208) çəkini ram edərək dördüncü olub.
Namiq HUN
tag: Moldova, Paris, Medal, Antonino Pizzolato, İtaliya, todaypress.az,