“Old Trafford” stadionu gəmiricilərin basqınına məruz qaldı
İdman
24.12.2024 11:24
“Mançester Yunayted” klubunun stadionu gəmiricilərin basqınına məruz qalıb.
TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, gəmiricilərin izləri sanitariya müfəttişliyi tərəfindən qida köşklərində aşkarlanıb.
Yoxlamadan sonra “Old Trafford” stadionu gigiyena reytinqi olaraq iki ulduz alıb. Klub rəsmiləri artıq zərərvericilərlə mübarizə üzrə tərəfdaşları və yerli şura ilə işləməyə, həmçinin problemin həlli üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıb.
Xatırladaq ki, 2015-ci ildə də “Mançester Yunayted”in stadionu gəmiricilərin basqınına məruz qalmışdı.
Namiq HUN
tag: Zərərverici ,Gigiyena ,Reytinq, Mançester ,todaypress.az,