Olavio Juninyo Dünya ulduzları arasında

İdman

03.08.2024 11:38

Futbolda ilin ən yaxşı bombardirləri açıqlanıb.

TodayPress xəbər verir ki, siyahıda milli və klub səviyyəli bütün turnirlərdə ən çox qol vuran futbolçular yer alıb.

“Qarabağ”ın braziliyalı forvardı Olavio Juninyo 19 qolla dünyada 26-cıdır. O, Premyer Liqada 7, ölkə kubokunda 5, avrokuboklarda isə 7 dəfə fərqlənib.

Juninyo 7 ay ərzindəki qol sayında argentinalı Lionel Messini qabaqlayıb. Cənubi amerikalı 17 qolla 48-cidir.

Qeyd edək ki, Olavio bombardirlər sıralamasında Lautaero Martines, Robert Levandovski, Lük de Yonq, Pyer-Emerik Obameyanq və Fil Foden kimi ulduzları da üstələyib. 

Siyahıya 28 qolla Braziliya millisinin və “Flamenqo” klubunun hücumçusu Pedro başçılıq edir. 

Namiq HUN

tag: Olavio Juninyo , Dünya, Qarabağ, Robert Levandovski, Lionel Messi, todaypress.az,