“Oklahoma-Siti Tander” səfərdə inamlı qələbə qazandı

İdman

15.01.2025 15:15

Milli Basketbol Assosiasiyasının (NBA) növbəti oyun günü Qərb Konfransının lideri səfərdə inamlı qələbə qazanıb.

TodayPress xəbər verir ki, “Filadelfiya” evdə 102:118 hesabı ilə “Oklahoma-Siti Tander”ə uduzub. 

Oklahoma təmsilçisi Şai Qilqeus Aleksandrın 32 xal, 9 assisti, Calen Uilyamsın 24 xal və 6 məhsuldar ötürməsi ilə ardıcıl 3-cü, mövsümün 33-cü qələbəsini qazanıb.

Müntəzəm mövsümün digər görüşlərinin nəticələri:

“İndiana Peysers” – “Klivlend Kavalyers” 117:127

“Atlanta Hoks” – “Finiks Sans” 122:117

“Miluoki Baks” - “Sakramento” 130:115

“Çikaqo Bullz” – “Nyu Orlean Pelikans” 113:119

“Dallas Maveriks” – “Denver Naqqets” 99:118

“Portlend Treyl Bleyzers” - "Bruklin Nets" 114:132

Namiq HUN

tag: NBA,Qərb Konfransı,Filadelfiya,Oklahoma-Siti Tander,todaypress.az,