“Oklahoma-Siti Tander” mövqeyini qorudu

İdman

09.04.2025 14:45

13

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.   

TodayPress xəbər verir ki, Lebron Ceyms liderlə oyunda “Los-Anceles Leykers”i məğlubiyyətdən xilas edə bilməyib.   

Mərkəzi görüşdə “Oklahoma-Siti Tander” doğma meydanda Kaliforniya təmsilçisinə 136:120 hesabı ilə qalib gəlib.   

Qalib komandanın bombardiri 42 xalla Şai Gilqoz-Aleksandr olub. “Los-Anceles Leykers”in ən məhsuldar oyunçusu isə 28 xalla Lebron Ceyms olub.   

“Oklahoma-Siti Tander” Qərb Konfransında liderliyini davam etdirib. “Los-Anceles Leykers” isə ilk üçlüyü tamamlayır.   

Müntəzəm mövsümdə digər 9 qarşılaşmanın nəticəsi 

Orlando Mecik” - “Atlanta Hoks” – 119:112

“Şarlot Hornets” - "Memfis Qrizzlis" – 100:124

“Nyu-York Niks” - "Boston Seltiks" – 117:119

“Miluoki Baks” - “Minnesota” – 110:103

“Finiks Sanz” - “Qolden Steyt Uorriorz” – 95:133

"Klivlend Kavalers" - "Çikaqo Bulls" – 135:113

“İndiana Peysers” - “Vaşinqton Vizard” – 104:98

“Bruklin Nets” - "Nyu Orlean Pelikans" – 119:114

“Los-Anceles Klippers” – “San Antonio Spörs” – 122:117.   

Namiq HUN

tag: ABŞ,Basketbol,NBA,Oklohoma,Todaypress.az,