"Oklahoma" "Mayamiyə" qalib gəldi

İdman

21.12.2024 14:00

“Mayami” Milli Basketbol Assosiasiyasının (NBA) adi mövsüm matçında evdə “Oklahoma”ya uduzub - 97:104.

TodayPress xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb. 

"Sander"in hücumçusu Ceylen Uilyams 33 xal toplayaraq görüşün ən məhsuldar oyunçusu olub.

Qeyd edək ki, "Oklahoma" 22-5 rekordu ilə Qərb Konfransına başçılıq edir. "Mayami" isə Şərq Konfransında 6-cı yerdədir - 13-12.

Töhfə Səməd

tag: Konfrans, Görüş ,Basketbol, Matç ,mövsüm ,todaypress.az,