Okan Buruka etiraz məşhur futbolçuya baha başa gəldi

İdman

28.09.2024 15:32

"Qalatasaray" Hakim Ziyeşlə bağlı qərar verib. 

TodayPress xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Mərakeşlı futbolçunun İstanbul təmsilçisindən göndərilməsinə səbəb Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boys"la matçlarda ehtiyatda qalmasına görə baş məşqçi Okan Burukla mübahisə etməsi olub. 

Türkiyəli mütəxəssis planlarında yer almayan 31 yaşlı yarımmüdafiəçini komandadan göndərməyə qərar verib. 

Səudiyyə Ərəbistanı təmsilçilərindən təkliflər alan Ziyeşin meneceri futbolçu üçün klub axtarışındadır.

2023-cü ilin yayında "Çelsi"dən "Qalatasaray"a keçən Hakim Ziyeş bu müddət ərzində 27 matça çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. 

Namiq HUN

tag: Mərakeş ,Çelsi, Qalatasaray, Ziyeş ,Türkiyə, todaypress.az,