Okan Buruk Mourinyoya daha ağır cəza verilməsini gözləyirdi

İdman

08.04.2025 15:50

8

Türkiyə Kuboku çərçivəsində baş tutan “Fənərbağça” – “Qalatasaray” matçından sonra baş verən hadisələrdən danışan Okan Buruk hakimin sarı vərəqə verdiyindən xəbərsiz olduğunu bildirib.   

TodayPress “Fanatik”ə istinadən xəbər verir ki, Okan Buruk Joze Mourinyoya daha ağır cəza verilməsini gözlədiyini deyib. 

“Matçdan sonra inzibati direktor Uğur Yıldız mənə dedi ki, hakim sənə sarı vərəqə göstərdi. Hadisədən belə xəbər tutdum. Zərbəni mən aldım, amma az qala adama “Afərin” deyəcəklər. Məsələni uzatmaq istəmədiyim üçün susuram. Bu mövqedə olan heç kim fiziki hücuma məruz qalacağını gözləməzdi. Yıxılarkən reaksiyamı hesablamıram. Mourinyo da dırnaqları ilə üzümə zərbə endirdi. Orada fərqli davransaydım, mən də cəzalandırılacaqdım.Yıxılmasaydım, yəqin ki, 10 oyunluq cəzalanacaqdım” deyə Okan Buruk bildirib. 

Qeyd edək ki, Türkiyə Kubokunun dörddəbir final mərhələsində baş tutan “Fənərbağça” – “Qalatasaray” görüşü sonuncunun 2:1 hesablı qələbəsi ilə bitib. “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo yalnız Türkiyə Kubokunda keçərli olmaqla üçoyunluq cəzalandırılıb.   

Namiq HUN

tag: Okan Buruk,Qalatasaray,Mourinyo,Fənərbağça,