O da “Barselona” ilə oyunu buraxacaq
“İnter” klubu UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin “Barselona” ilə keçiriləcək cavab oyununa itki ilə çıxacaq.
TodayPress “Sky İtalia” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisinin mərkəz müdafiəçisi Benjamen Pavar məşq zamanı zədələndiyindən “Barselona” ilə oyunda meydana çıxa bilməyəcək.
Daha əvvəl kapitan Lautaro Martinesin zədə səbəbindən matçı buraxacağı məlum olub.
Qeyd edək ki, bu gün keçiriləcək “İnter” - “Barselona” matçı saat 23:00-da start götürəcək.
Namiq HUN
tag: Barselona,Benjamen Pavar,Zədə,Futbolçu,Todaypress.az,