“Nyukasl” Ramosla müdafiəni gücləndirmək istəyir
İdman
26.11.2024 10:46
İspaniyalı futbol ulduzu Serxio Ramos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
TodayPress “TEAMtalk”a istinadən xəbər verir ki, “Nyukasl” klubu azad agent olan müdafiəçi ilə maraqlanır.
“Sağsağanlar” Ramosa il yarımlıq müqavilə təklif etməyə hazırdır.
Müqavilənin şərtlərinə görə, İngiltərə komandası zədə böhranı səbəbindən təcili olaraq müdafiəni gücləndirməlidir.
Namiq HUN
tag: İspaniya, Serxio Ramos, İngiltərə, Liqa, Ramos, todaypress.az,