Nyonda "Sabah" və "Sumqayıt"ın rəqibləri bəlli olacaq

İdman

19.06.2024 10:35

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bu gün bəlli olacaq.

TodayPress xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.

tag: Nyon, UEFA, Azərbaycan, Ermənistan,Rəqib, todaypress.az,