“Nürnberq” sözdən əmələ keçdi

İdman

18.04.2025 17:30

6

“Nürnberq” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayırmaq istəmir.   

TodayPress “Kicker” nəşrinə istinadən xəbər verir ki, klubun idman direktoru Yoti Xatzialeksiu xəbəri təsdiqləyib.   

O, bildirib ki, 27 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanması istiqamətində danışıqlar aparılır. 

Qeyd edək ki, Mahir Emreli 2023-cü ilin yayında “Nürnberq”ə transfer olunub.

Forvardın hazırki müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Cari mövsüm 2-ci Bundesliqada 19 matça çıxan futbolçunun hesabında 4 qol və 1 məhsuldar ötürmə var.   

Namiq HUN

tag: Emreli,Nürnberq, Forvard, Hamburq, Zərbə, todaypress.az,