“Nürnberq” Mahirə təşəkkür etdi
“Nürnberq” klubu futbolçusu Mahir Emreliyə təşəkkür edib.
TodayPress xəbər verir ki, II Bundesliqanın XXXIII turunun “Köln”ə qarşı ev oyunundan əvvəl Emreliyə və mövsümün sonu komanda ilə yolları ayıracaq bir neçə digər futbolçuya xatirə hədiyyəsi təqdim olunub.
Hədiyyələrdə futbolçuların çərçivəyə salınmış rəsmi həkk olunub.
“Nürnberq” şəkli sosial media hesabında “Danke Mahir” (Təşəkkürlər, Mahir) sözləri ilə paylaşım edib.
Qeyd edək ki, mövsümün əvvəlində Almaniya klubuna keçən Mahir 23 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Mahir Emrelinin müqaviləsi başa çatdıqdan sonra, cari mövsümün sonu “Nürnberq”dən ayrılacağını klub bu həftə rəsmən açıqlayıb.
Namiq HUN
tag: Nurnberg,Mahir Emreli,Köln,Futbolçu,todaypress.az,