“Nürnberq” Mahir Emreli ilə bağlı açıqlama verdi

İdman

17.07.2024 17:05

Almaniya ikinci bundesliqa təmsilçisi "Nürnberq" futbol klubunun rəhbərliyi idman direktoru Joti Hatsialeksiu Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə danışıqlar apardığını təsdiqləyib.

TodayPress "Bild" nəşrinə istinadən xəbər verir. Bu barədə klubun idman direktoru Joti Hatsialeksiu mənbəyə açıqlamasında deyib. 

"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur. O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik”  deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Mahir Emreli Nürnberqdə komandanın düşərgəsində olub. Klub rəhbərliyi yekun qərar verməzdən əvvəl forvard ilə əlavə müzakirələr və araşdırmalar aparmaq istəyir. 

Namiq HUN

tag: Almaniya, Budapeşt,Nümberq, Dinamo, todaypress.az,