Nurməhəmmədov Bellator çempionu oldu
Rusiyalı MMA döyüşçüsü Osman Nurməhəmmədov yüngül çəkidə Bellator turnirində növbəti qələbəsini qazanıb.
TodayPress xəbər verir ki, Osman döyüşdən sonra sosial şəbəkələrdə irlandiyalı Pol Hyuzla mübarizədə aldığı xəsarətləri əks etdirən foto paylaşıb.
O, fotoya “İtkisiz döyüş deyə bir şey yoxdur” şərhini yazıb.
Qeyd edək ki, Pol Hyuzla döyüş beş raund davam edib və hakimlərin qərarı ilə Osmanın qələbəsi ilə başa çatıb.
Uğurlu çıxış nəticəsində Nurməhəmmədov qarışıq döyüş növləri üzrə keçirdiyi 20 döyüşdə 19-cu qələbəsini qazanıb. Digər döyüş isə etibarsız hesab edilib.
Namiq HUN
tag: Rusiya,MMA,Döyüşçü,Turnir,Osman Nurməhəmmədov,Todaypress.az,