Nuri Şahin İstanbul klubunu çalışdıracaq?

İdman

10.03.2025 15:55

1372

“Borussiya Dortmund”un sabiq çalışdırıcısı Nuri Şahin Türkiyə Super Liqasına qayıda bilər.   

TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Başakşehir” klubunda Nuri Şahin dövrü başlayacaq.   

Baş məşqçi Çağdaş Atanla yollarını ayırmağı planlaşdıran klub rəhbərliyi Nuri Şahini nəzərdən keçirir.

İstanbul klubu artıq onun üçün danışıqlara başlayıb. 

Qeyd edək ki, 36 yaşlı mütəxəssis daha əvvəl “Antalyaspor”da çalışıb.   

Namiq HUN

tag: Nuri Şahin, Çempionlar, Borussiya, Liqa, Dortmund,Başakşehir,Antalyaspor,Məşqçi,Todaypress.az,