Nuri Şahin iki şərtə əməl etməlidir

İdman

12.11.2024 09:36

Dortmund “Borussiya”sının bu mövsüm qeyri-sabit çıxışı baş məşqçinin gələcək karyerası ilə bağlı məsələni gündəmə gətirib.

TodayPress “Bild” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi Nuri Şahini iki şərtlə komandada saxlayacaq. 

Birincisi, klub növbəti mövsüm Çempionlar Liqasına (ÇL) düşmək üçün Bundesliqanı ilk dördlükdə tamamlamalıdır.

İkinci şərt isə türk mütəxəss isin komandasını cari mövsüm birbaşa ÇL-in 1/8 final mərhələsində oynayacaq 16 komanda arasında yer almalıdır. 

Qeyd edək ki, hazırda “Borussiya” Çempionlar Liqasının Liqa mərhələsinin 4 oyundan sonra 9 xalla 7-ci yerdədir.

Bundesliqada isə Dortmund təmsilçisi 16 xalla 7-ci yerdə olsa da, 4-cü pillədəki “Bayer 04”dən cəmi 1 xal geri qalır.

Namiq HUN

tag: Nuri Şahin, Çempionlar, Borussiya, Liqa, Dortmund, todaypress.az,