Novak Cokoviç gələcək karyerasına aydınlıq gətirdi
“Çoxları mənim tennisi bitirməyimi istəyir”
TodayPress xəbər
verir ki, serbiyalı 24 qat Böyük Dəbilqə çempionu raketkanı yerə qoymaq barədə
düşünmədiyini deyib.
“Karyeramı tərk etmək barədə heç bir fikrim yoxdur. Baxmayaraq ki, bəlkə də çoxları mənim tennisi bitirməyimi istərdi” Cokoviç bildirib.
Novak Cokoviç Paris Olimpiadasında yalnız fərdi yarışlarda çıxış edəcək. O, 2008-ci il Pekin Olimpiadasının bürünc mükafatçısı olub.
Qeyd edək ki, Paris Olimpiadasında tennis turniri iyulun 27-dən avqustun 4-dək keçiriləcək. “Rolan Qarros” kortlarında iştirakçılar beş kateqoriya üzrə medal dəstləri uğrunda mübarizə aparacaqlar.
Namiq HUN
tag: Novak, Böyük Dəbilqə, Paris, Rolan Qarros, todaypress.az,