“Nottinhem Forest”dən mövsümi REKORD

İdman

07.01.2025 10:47

“Nottinhem Forest” futbol klubu İngiltərə Premyer Liqasında mövsümün rekorduna imza atıb.

TodayPress xəbər verir ki, klub cari çempionatda ardıcıl 6 qələbə qazanan ilk komanda olub.

“Nottinhem Forest” Premyer Liqanın XX turunda “Vulvehempton”a (3:0) qalib gəlib. 

Nəticədə Nunu Eşpritu Santunun yetirmələrinin qələbə seriyası 6-ya çatıb. Cari mövsümdə Premyer Liqanın heç bir digər klubu ardıcıl 6 matçda üç xal qazanmayıb.

Qeyd edək ki, hesabında 40 xal olan “Nottinhem Forest” hazırda Premyer Liqanın üçüncü komandasıdır. 

Namiq HUN

tag: Premyer ,Rekord, Mövsümi, Qələbə, todaypress.az,