"Nottingem Forest”in istəyi baş tutmadı
İdman
12.09.2024 08:52
"Qalatasaray" futbol klubu Barış Alper Yılmazı İngiltərə klubuna satmaqdan imtina edib.
TodayPress xəbər verir ki,"Nottingem Forest" klubu türk futbolçuya 25 milyon avro təklif edib.
İngilislərin transfer pəncərəsinin son günündə transferi reallaşdırmaq istəyi baş tutmayıb. "Qalatasaray" aparıcı oyunçusunun keçidinə razılaşmayıb.
Qeyd edək ki, Barış Alper Yılmaz "aslanlar"ın heyətində meydana çıxdığı 114 oyunda 13 qol vurub və 14 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Nottingem Forest ,Alper Yılmaz, İngiltərə, Qalatasaray, Aslanlar, todaypress.az,