Norveçdə ölmüş futbolçular dopinq testlərinə çağırıldı

İdman

05.09.2024 11:51

Norveç millisinin baş məşqçisi Stole Solbakken bildirib ki, antidopinq rəsmiləri 20-ci əsrdə dünyasını dəyişən iki futbolçunu dopinqdən sınaqdan keçirmək istəyiblər. 

TodayPress xəbər verir ki, Qazaxıstan komandası ilə Millətlər Liqası matçından əvvəl mətbuat konfransında Solbakken milli komandanın oyunçularını yoxlamaq üçün dopinq zabitlərinin səfərini açıqlayıb. Yoxlama siyahısında futbolçulardan Erlinq Holaand, Yorgen Larsen, Antonio Nusa, Oskar Bobb, Eynar Qundersen və Yorgen Juvenin adı olub. 

Məlum olub ki, Yuve və Qündersen İkinci Dünya müharibəsindən əvvəl milli komandada çıxış ediblər və onlar çoxdan dünyalarını dəyişiblər. 

Antidopinq xidməti ilə əlaqə saxladıqda, məlum olub ki, heyət millinin tarixinin ən yaxşı bombardirlərinin siyahısını açıb, futbolçuları oradan götürüb.

Antidopinq xidməti sonradan səhvə yol verildiyini etiraf edib.

Xatırlladaq ki, Yorgen Juve Norveç milli komandasının tarixində ən çox qol vuran futbolçudur. O, 1928-1937-ci illər arasında milli komandanın heyətində 45 oyun keçirib və bu qarşılaşmalarda 33 qol vurub. Hazırda Haaland ondan iki qol geridədir və ilin sonuna qədər bu göstəricini keçə bilər.

Eynar Qündersen vurduğu 26 qolla millinin bombardiri siyahısında üçüncüdür. O, 1928-ci ildə millidə son oyununu keçirib.

Namiq HUN

tag: Qazaxıstan, Liqa, Dopinq, Solbakken ,Yorgen Larsen, Antonio Nusa, todaypress.az,