“Nitsa” dünya çempionundan imtina etdi
İdman
04.12.2024 16:18
Liqa 1 təmsilçisi “Nitsa” Fransa millisinin heyətində dünya çempionu olan Pol Poqbanın transferindən imtina edib.
TodayPress “L'Equipe” ə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Florian Moris bildirib.
O, futbolçunu almaq üçün imkanlarının olduğunu deyib. Həmçinin əlavə edib ki, Poqbaya böyük klublar tərəfindən maraq göstəriləcəyi təqdirdə, rəqabət apara bilməyəcəklər.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi İtaliyanın “Yuventus” klubundan ayrıldıqdan sonra azad agent olub. Antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya edilən Pol Poqba yalnız yanvarda məşqlərə başlaya biləcək.
Namiq HUN
tag: Yuventus, Futbol, Fransa, Milli, todaypress.az,