Nistelroy yenidən “Mançester Yunayted”də
İdman
07.08.2024 17:05
Niderlandlı keçmiş hücumçu Rud van Nistelroy “Mançester Yunayted” klubuna yeni vəzifədə qayıdıb. O, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın köməkçisi olacaq.
TodayPress xəbər verir ki, futbolçu təklifdən əvvəl bu barədə düşünmədiyini bildirib:
“Bu, xüsusi hissdir. Klubun marağını öyrənəndə çox sevindim. Təklifdən əvvəl bu barədə düşünməmişdim. Lakin təklif gələndə heç bir şübhəm qalmadı” Nistelroy deyib.
Qeyd edək ki, Rud van Nistelroy “Mançester Yunayted”in heyətində meydana çıxdığı 218 matçda 150 qol vurub. O, 2001-2006-cı illərdə İngiltərə klubunda çıxış edib.
Namiq HUN
tag: Mançester Yunayted,Nistelroy,Niderland,Hücumçu, İngiltərə, todaypress.az,