Nikola Zalevski “İnter”də
"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
TodayPress xəbər verir ki, Milan təmsilçisi "Roma"dan Nikola Zalevskini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı vinger yayda qədər "göy-qaralar"ın formasını geyinəcək.
"İnter" 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, Zalevski "Roma"nın yetirməsidir.
tag: İnter,Milan ,Roma,Nikola Zalevski,todaypress.az,