Niko İspaniya yığmasından kənarlaşdırıldı

İdman

09.10.2024 11:10

2511

Hücumçu Niko Uilyams İspaniya yığma komandasının düşərgəsini tərk edib.

TodayPress xəbər verir ki, o, zədə səbəbindən milli heyətdən kənarlaşdırılıb.

"Atletik" klubunun forvardının əzələsində zədə aşkarlanıb. Məşqçi heyəti Uilyamsın sağlamlığını riskə atmaq istəməyib. 

Nikonu yığmada "Real Sosyedad"ın futbolçusu Serxio Qomes əvəzləyib.

Qeyd edək ki, İspaniya millisi UEFA Millətlər Liqasında Danimarka və Serbiya komandaları ilə qarşılaşacaq.

Namiq HUN

tag: Niko Uilyams ,İspaniya ,Zədə,Real Sosyedad , Serxio Qomes ,UEFA ,todaypress.az,