Nikita Simonov Avropa çempionatında çıxış edəcək

İdman

30.04.2025 17:02

10

İdman gimnastikası üzrə Azərbaycan millisi Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyətini müəyyənləşdirib.   

TodayPress xəbər verir ki, Leypsiq turnirinə qatılacaq komandada halqalarla hərəkətlərdə Dünya kubokunun qalibi, son Avropa çempionatının gümüş mükafatçısı Nikita Simonov, həmçinin İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev və Dəniz Əliyeva yer alıblar. 

Mayın 26-31-də keçiriləcək qitə yarışında 37 ölkənin idmançıları çıxış edəcəklər.   

İlk dəfə olaraq 2028-ci il Olimpiadasının proqramına daxil olan qarışıq komanda turnirində medallar uğrunda mübarizə gedəcək.   

Namiq HUN

tag: Nikita Simonov,Gimnast,Dünya ,Kubok,Qalib,Todaypress.az,