Niderlandlı velosipedçi dünya rekordunu yenilədi

İdman

07.08.2024 18:15

Niderlandlı velosipedçi Harri Lavreysen Paris Olimpiadasında yeni dünya rekordu müəyyən edib. 

TodayPress xəbər verir ki, o, trek velosipedinin sprint növündə seçmə mərhələnin qalibi olub. 

İdmançı buna 9.088 saniyə nəticə ilə nail olub. Bundan əvvəlki rekord (9,215 saniyə) digər niderlandlı velosipedçi Cefri Hoqlanda məxsus idi.

Bu kateqoriyada ilk üçlüyü avstraliyalı Metyu Riçardsonla israilli Mixail Yakovlev təşkil ediblər.

Namiq HUN

tag: Niderland, Harri Lavreysen, Paris, Velosiped, Cefri Hoqland, todaypress.az,