Niderlandlı mütəxəssis “Liverpul”un tarixinə düşdü
İdman
26.08.2024 10:00
Arne Slot “Liverpul”un tarixində ilkə imza atıb.
TodayPress xəbər verir ki, o, mersisaydlıların baş məşqçisi postunda Premyer Liqadakı ilk iki oyunda qələbə qazanan yeganə mütəxəssisdir.
45 yaşlı mütəxəssisin komandası əvvəlcə “İpsviç”, daha sonra isə “Brentford”a qalib gəlib. Hər iki matçda 2:0 hesabı qeydə alınıb.
Arne Slot mövsümlərarası dövrdə “Liverpul” klubunun “sükanı arxası”na keçib.
Namiq HUN
tag: Arne Slot, Liverpul, Mersisaydlılar,Premyer Liqa,todaypress.az,