Niderlandlı azarkeşlərin Lill şəhərinə girişi qadağan edildi

İdman

29.01.2025 18:34

Niderlandın “Feyenoord” futbol klubunun azarkeşlərinin Fransanın Lill şəhərinə girişi qadağan edilib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.   

Rotterdam təmsilçisinin fanatları səfərdə “Lill”ə qarşı keçiriləcək UEFA  Çempionlar Liqasının VIII turunun matçında komandalarına dəstək ola bilməyəcəklər. 

Qadağa “Feyenoord” tərəfdarları ilə Fransa polisi arasında toqquşma riskinin artması ilə əsaslandırılıb. 

Namiq HUN

tag: Niderland,Klub,Fransa,Risk,UEFA,Todaypress.az,