Niderland Qran-prisinin qalibi bəlli oldu

İdman

26.08.2024 06:09

"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub.

TodayPress xəbər verir ki, Zandvord trekində baş tutan yarışda "Maklaren"in pilotu Lando Norris finiş xəttini birinci keçib.

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen ikinci, "Ferrari"nin üzvü Şarl Lekler isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda gerçəkləşəcək.

tag: Formula-1, Niderland, Zandvord, Maks ferstappen,todaypress.az,