Niderland Polşa ilə oyunda əzmkar qələbə qazandı

İdman

17.06.2024 10:38

Avropa çempionatının üçüncü oyun günü Hamburqdakı “Folksparkştadion”da Polşa və Niderland milliləri arasında D dördlüyü çərçivəsində qrup mərhələsinin 1-ci turunun oyunu keçirilib. 

TodayPress xəbər verir ki, qarşılaşmada ilk 30 dəqiqənin tamamında arenaya toplaşan azarkeşlər qapılara vurulan iki qol seyr ediblər. Oyunda hesabı 16-cı dəqiqədə polşalı hücumçu Adam Buksa açıb. “Zanbaqlar” 29-cu dəqiqədə Kodi Qakponun səyi ilə hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə Niderland millisinin heyətində sonradan meydana daxil olan Vaut Veqorst qoyub. Hücumçu 83-cü dəqiqə qolu ilə Niderland komandasına Polşa üzərində 2:1 hesablı qələbə qazandırıb.    

Qeyd edək ki, Avro-2024-də Polşa və Niderland millilərinin  qrup mərhələsindəki rəqibləri Avstriya yığması ilə hazırkı vitse-dünya çempionu Fransa millisidir.

Namiq HUN

tag: Niderland, Polşa, Oyun, Qələbə, Avropa, todaypress.az,