Niderland millisinin aparıcı oyunçusu sıradan çıxdı
“Liverpul” klubunun və Niderland millisinin futbolçusu Rayan Qravenberç yığmadan ayrılıb.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi məşqdə zədələndiyindən milli komandanın düşərgəsini tərk edib.
O, bərpa prosesi keçmək üçün Liverpula qayıdıb.
Niderland yığma komandası martin 20-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Rotterdam şəhərində İspaniya millisi ilə qarşılaşacaq.
Komandalar arasında cavab matçı martın 23-də Valensiya şəhərində keçiriləcək.
Namiq HUN
tag: Niderland,Futbol,Rayan Qravenberç,Zədə,Liverpul,Todaypress.az,