Niderland mətbuatı "Qarabağ"dan yazdı
İdman
17.09.2024 18:25
Niderland mətbuatında UEFA Avropa Liqasının Liqa mərhələsində "Ayaks"la qarşılaşacaq "Qarabağ" haqqında yazı dərc olunub.
TodayPress xəbər verir ki, yazıda Azərbaycan çempionunun heyətini 13 müxtəlif ölkədən olan futbolçulardan formalaşdırdığı qeyd olunub.
Ağdam təmsilçisinin müdafiədən hücuma sürətlə çıxa bilən komanda olduğu vurğulanıb.
Niderlandlılar "Qarabağ”ın heyətində Yassin Benzianı, Juninyonu və Toral Bayramovu xüsusi fərqləndiriblər.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində Amsterdam kollektivi ilə oktyabrın 24-də Bakıda qarşılaşacaq.
Namiq HUN
tag: Niderland, Qarabağ, Yassin Benzianı, Juninyon, Toral Bayramov,Avropa Liqası, todaypress.az,