Niderland – Fransa dueli qolsuz bitdi
İdman
22.06.2024 01:19
Avropa çempionatının D qrupunda 2-ci tura Niderland – Fransa qarşılaşması ilə yekun vurulub. Komandalar Leypsiqdəki “Red Bull-Arena”da güclünü müəyyən etməyə çalışıblar.
TodayPress xəbər verir ki, ilk turda qalib gələn komandaların duelində 3 xal qazanacaq yığma 1/8 finala yüksələcəkdi.
Leypsiq qarşılaşmasında qapılara qol vurulmayıb. Hər iki komandanın fərqlənmək üçün şansları olsa da, qol qeydə alınmayıb.
Niderlandın hücumameyilli yarımmüdafiəçisi Xavi Simons 69-cu dəqiqədə qola imza atsa da, VAR yoxlamasından sonra ofsayt qərarı verilib. Qazanılan 1 xal hər iki komandanın pley-offa yüksəlməsi üçün yaxşı imkan yaradıb.
Namiq HUN
tag: Leypsiq, Niderland, Fransa, Avropa çempionatı, todaypress.az,