NHL tarixinin ən tez qolu vuruldu

İdman

13.03.2025 14:36

2738

“Sietl” klubunun kanadalı müdafiəçisi Brandon Montur ABŞ Milli Hokkey Liqası (NHL) tarixində overtaymda vurulan ən tez qolun müəllifi olub.

TodayPress xəbər verir ki, o, “Monreal Kanadiens” ilə matçda əlavə vaxtın dördüncü saniyəsində fərqlənib.

Mərkəz xətdə hakim oyunu başlatdığdan sonra şaybanı ələ keçirən Montur qapıçı ilə təkbətək mübarizədən qalib çıxıb. 

Qeyd edək ki, “Sietl” üçüncü periodun ortalarında 2:4 hesabı ilə məğlub durumda olsa da, yekunda əzmkar qələbə qazanıb 5:4 (ə.v.).

Namiq HUN

tag: Sietl,Brandon Montur,ABŞ ,Milli Hokkey Liqası,todaypress.az,